11 dekabr 2023 15:35
168

Stoltenberq Səudiyyə Ərəbistanına səfər edəcək

NATO-nun baş katibi Yens Stoltenberq 12-13 dekbarda Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək.

“İki sahil” xəbər verir ki, o, müdafiə naziri Xalid bin Salman Əl Səud və digər yüksək səviyyəli rəsmilərlə görüşəcək.

O, həmçinin Səudiyyə Ərəbistanı Milli Müdafiə Universitetində moderatorluq müzakirəsində iştirak edəcək.