11 dekabr 2023 16:45
134

Qusarda avtobus dərəyə aşıb, xəsarət alanlar var

Qusar rayonunun Avaran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, içərisində 15 sərnişin olan Qusar-Xürel kənd avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəza güclü duman səbəbindən baş verib.