11 dekabr 2023 16:53
256

Bu il Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 5,7 milyonu keçəcək

Heydər Əliyev Beynəlxalq Aeroportunun 2023-cü ilin 11 ayındakı sərnişin dövriyyəsinə nəzər salsaq görərik ki, bu rəqəm 5,3 milyonu keçib. Hesabat dövründə daxili və beynəlxalq reyslərin sərnişinlərinin ümumi sayı 2019-cu ilin eyni dövrünün göstəricilərindən 21,2 % çox olub.

“İki sahil” xəbər verir ki, bunu hava limanının direktoru Teymur Həsənov bildirib.

O qeyd edib ki, ilin sonuna qədər sərnişin axını 2019-cu ilin göstəricisindən 20 % çox olacağı və 5,7 milyonu ötəcəyi gözlənilir.

Payız-qış uçuş mövsümündə Bakıdan 70 yaxın şəhərə 36 aviaşirkətin uçuşlar həyata keçirdiyini vurğulayan T.Həsənov mövcud tərəfdaşlardan 17-nin aşağıbüdcəli aviadaşıyıcı olduğunu bildirib. O, əlavə edib ki, Bakıdan uçuşlar yerinə yetirilən populyar istiqamətlərdə yalnız bir aviaşirkətin xidmət göstərdiyi marşrut qalmayıb və beləliklə, sərnişinlərə daha çox seçim imkanı verilib.