Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycan Respublikasının Qazaxıstandakı Səfirliyində tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli liderinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və qonaqlar Ulu Öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül və çiçək dəstələri qoyublar.
Tədbirdə çıxış edən səfir Ağalar Atamoğlanov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında geniş məlumat verib.
Hikmət Hacıyev ilə Elçin Qasımov Bakı və Bratislava arasında əməkdaşlığı müzakirə ediblər
Prezident İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək
Bəyanatda iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi göstərilmişdir