Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etməyin özü üçün böyük fəxr olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edən diplomat qeyd edib ki, Heydər Əliyev Ukrayna ilə Azərbaycan arasında əsl dostluğun əsasını qoyub.
“Bu gün ölkələr arasında olan strateji dostluq məhz onun zamanından yaranıb. Xalqlarımız arasında qarşılıqlı sevgi və hörmət var. Ona görə dahi liderin xatirəsini anmaq bizim üçün böyük fəxrdir. Bu, bizim borcumuzdur”, - səfir deyib.
Hikmət Hacıyev ilə Elçin Qasımov Bakı və Bratislava arasında əməkdaşlığı müzakirə ediblər
Prezident İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək
Bəyanatda iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi göstərilmişdir