12 dekabr 2023 13:40
243

Gələn ildən azad edilən ərazilərə qayıdış prosesi intensivləşəcək- Emin Hüseynov

Növbəti ildən başlayaraq azad edilən ərazilərə qayıdış prosesi intensivləşəcək.

“İki sahil”in xəbərinə görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, 2026-cı ilin sonunadək 26 min ailənin təkcə Qarabağ iqtisadi rayonuna köçürülməsi nəzərdə tutulur.