Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının genişləndirilməsi Ermənistan-Azərbaycan nizamlanmasına kömək etməyəcək.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Səfirliyinin təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbirdə iştirak edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Aİ missiyasının genişləndirilməsi Cənubi Qafqazda gərginliyi artıracaq.
“Müşahidə missiyasının Ermənistanda peyda olması Ermənistan-Azərbaycan nizamlanmasının təşviqi baxımından tamamilə faydasız addımdır. Biz əminik ki, Aİ missiyasının genişləndirilməsi tamamilə faydasız olacaq və heç bir nəticə verməyəcək", - deyə rusiyalı diplomat vurğulayıb.
Hikmət Hacıyev ilə Elçin Qasımov Bakı və Bratislava arasında əməkdaşlığı müzakirə ediblər
Prezident İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək
Bəyanatda iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi göstərilmişdir