Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) ev sahibliyi və Azərbaycan Səfirliyinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü və əbədiyyətə qovuşmasının 20-ci ildönümünə həsr olunmuş anım toplantısı” keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Türkiyənin Gənclər və İdman Nazirinin müavini Enes Eminoğlu, TADİV prezidenti və Prezident Təhlükəsizlik və Xarici Siyasət İdarə Heyətinin üzvü professor Aygün Attar, Hacəttəpə Universitetinin rektoru Mehmet Cahit Güran, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov və Heydər Əliyevin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə məruzəçi qismində iştirak ediblər.
Tədbir bir dəqiqəlik sükut, iki ölkənin himnlərinin səsləndirilməsi və Ümummili liderə həsr olunmuş video nümayişi ilə başlayıb.
Çıxış edənlər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki yerindən, onun Azərbaycanı parçalanma təhlükəsindən xilas etməsindən danışıblar.
Hikmət Hacıyev ilə Elçin Qasımov Bakı və Bratislava arasında əməkdaşlığı müzakirə ediblər
Prezident İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək
Bəyanatda iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi göstərilmişdir