23 may 2016 20:35
229

“Günəşli” yatağındakı quyu istismara verilib

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 14 nömrəli dərin dəniz özülündə 256 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir.Quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul vermiş, 2612-2592 metr intervaldan sutkalıq 55 ton neft və 120 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir