İsveçrənin Cenevrə şəhəri növbəti dəfə tarixi hərraca səhnə olub.
Bu dəfə 14,52 karatlıq mavi brilyant satışa çıxarılıb. Dünyanın ən böyük şəffaf mavi brilyantını almaq istəyənlər arasında gərgin mübarizə qeydə alınıb. 20 dəqiqəlik auksionda iştirakçılar sürətlə qiyməti artırıb. Dəyəri on milyon dollarlarla ölçülən brilyant sonda 57.6 milyon dollara satılıb. Brilyantı satışa çıxaran Kristis hərracının sözçüsü Aleksandra Kinderman indiyədək hərraclarda bu qədər bahalı daş satılmadığını deyib.