Hollivud ulduzu Ancelina Coli London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində dəvətli müəllim kimi çalışacaq.
AZƏRTAC xəbər verir ki, tezliklə bu universitetdə qadın, dünya və təhlükəsizlik problemlərinə həsr olunan tədqiqat mərkəzi açılacaq.
Tədqiqatçılar və professorlar arasında Böyük Britaniyanın sabiq xarici işlər naziri Uilyam Heyq, “Amnesty International” təşkilatının hüquq müdafiəçisi Ceyn Konnors, eləcə də Hollivud aktrisası, BMT-nin xoşməramlı səfiri Ancelina Coli olacaq. Onlar məktəbdə mühazirələr oxuyacaq, ictimai tədbirlərdə və araşdırmalarda iştirak edəcək, həmçinin gender bərabərliyi, təhlükəsizlik və iqtisadiyyat sahələrində qadınların rolunun gücləndirilməsi istiqamətində işlər görəcəklər.