24 may 2016 23:55
221

İçki şirkətindən pivə sifarişləri ilə bağlı qəribə qərar

Kanadada bir şirkət öz qeyri-adi layihəsi ilə bütün dünyanın diqqətini cəlb edib. Pivə istehsal edən şirkət  məhsulun çatdırılması xidmətində insanlarla yanaşı qartallardan da istifadə etmək niyyətindədir. Bunun üçün artıq sözügedən yırtıcılar təlimlərə cəlb olunub.

Şirkətin təsisçisi Met Filips bəzi firmaların öz məhsullarını dronlar vasitəsilə müştəriyə göndərdiyini xatırladıb və bu istiqamətdə  dron əvəzinə qartaldan istifadə etməyə qərar verdiklərini bildirib. Sözügedən quşların sifarişləri doğru ünvana, doğru şəxsə çatdırması üçün artıq bir sıra yoxlamar aparılıb. Şirkət rəhbərliyi deyir ki, çatdırılmada qartallardan istifadə etməklə  insanların bu quşları daha yaxından tanımasına şərait yarada bilərlər.

Ancaq sən saydığını say, gör meşəçilik nazirliyi nə sayır.  Sözügedən qurum pivə şirkətinin qartallardan işçi kimi istifadə etməsinin qanunlara zidd olduğunu bildirib. Qartalların ipə-sapa yatmayan canlı olduğunu deyən nazirlik rəsmiləri onsuz da kampaniyanın uğurlu alınmayacağını düşünürlər. Buna rəğmən həmin qartalların hüquqları istismar ediləcəyi təqdirdə, şirkət məhkəməyə verilə bilər.