Cibuti şəhərində Azərbaycan və Cibuti Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk raundu keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Cibuti Respublikasının nümayəndə heyətinə isə XİN Baş katibi Mohammad Ali Hasan rəhbərlik edib.
Nazir müavini Yalçın Rəfiyevin Cibutiyə səfəri çərçivəsində Azərbaycan nümayəndə heyətinin Cibuti xarici işlər naziri Mahmud Ali Yusuf və Cibuti-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşləri baş tutub.
Görüşlərdə iki dövlət arasında siyasi münasibətlərin müxtəlif istiqamətləri üzrə əsas gündəm mövzuları ətrafında fikir mübadiləsi aparılıb və əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.
Tərəflər həm ikitərəfli əsasda, həm də Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əhəmiyyətli məsələlər üzrə əlaqələndirmə və qarşılıqlı dəstək təcrübəsinin davam etdirilməsinin önəminə vurğu ediblər.
Azərbaycan və Cibuti nümayəndə heyətləri ikitərəfli əlaqələrin daha da şaxələndirilməsi, xüsusilə də iqtisadi, sosial və humanitar sahələrdə təmasların və işgüzar münasibətlərin intensivləşdirilməsi imkanlarını nəzərdən keçiriblər.
Tərəflər Azərbaycan və Cibuti arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini və parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Siyasi məsləhətləşmələrin növbəti raundunun gələn il Bakı şəhərində təşkil edilməsi razılaşdırılıb.
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib