20 dekabr 2023 12:05
387

Cevdet Yılmaz Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini yad edib - YENİLƏNİB

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.

“İki sahil” xəbər verir ki, qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb. O, həmçinin "Əbədi məşəl" abidəsi ününə əklil qoyub.

Cevdet Yılmaz "Türk şəhidliyi" abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb.

***

Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əkil qoyub.

“İki sahil” xəbər verir ki, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.