21 dekabr 2023 11:31
604

Azərbaycan Qızıl Aypara Cəmiyyəti İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir -  YENİLƏNİB

Azərbaycan Qızıl Aypara Cəmiyyəti növbədənkənar XXVI Baş Məclisində 7 fevral 2024-cü il növbədənkənar prezident seçkiləri barədə bəyanat qəbul edib.

“İki sahil” xəbər verir ki, bəyanatı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Vitse-prezidenti Qafar Əsgərzadə növbədənkənar XXVI Baş Məclisdə səsləndirib.

"Biz hər bir vətəndaşı seçkilərdə fəallıq göstərməyə və Prezident İlham Əliyevi dəstəkləməyə çağırırıq. Azərbaycan ayparaçıları hesab edir ki, Prezident İlham Əliyevin 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində qalib olmaq haqqıdır", - bəyanatda vurğulanır.

***

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Prezident İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədiyini bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanov Cəmiyyətin növbədənkənar XXVI Baş Məclisində çıxışı zamanı deyib.

"Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası istiqamətində Prezident tərəfindən atılan addımlar uğurlu siyasətin parçasıdır", - o deyib.

Novruz Aslanov əhalinin rifah halının yüksəldilməsi məqsədilə görülən işləri də xüsusilə vurğulayıb.