21 dekabr 2023 12:21
272

Baş prokuror: İlham Əliyevin apardığı siyasət nəticəsində Qarabağ münaqişəsinə son qoyuldu

Ali Baş Komandan İlham Əliyevin apardığı hərbi, diplomatik siyasət nəticəsində 30 ildən artıq davam edən Qarabağ münaqişəsinə artıq son qoyulub.

“İki sahil” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin 95 illiyinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib, Qarabağda Azərbaycan bayrağı dalğalanır: “Bu il Prezident İlham Əliyevin siyasətə hakimiyyətə gəlişinin 20 ili tamam oldu. 15 oktyabrın 2023-cü ildə biz onun siyasi hakimiyyətə gəlişini qeyd etdik. Eyni zamanda işğaldan azad edilən ərazilərdə iri və çoxsaylı quruculuq, bərpa işləri sürətlə davam edir. Qarabağ günü-gündən gözəlləşir. Qarabağda həyat dirçəlir”.