"Naval postgraduate school”un (ABŞ) professoru və Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Metsamor Atom Elektrik Stansiyasının region üçün təhlükə yaratdığını bildirib.
“İki sahil” xəbər verir ki, o, bu barədə "X" hesabında Rusiya və Ermənistanın Metsamor AES-in fəaliyyətinin genişləndirilməsi barədə qərar qəbul etməsinə münasibət bildirərkən yazıb.
"Rusiya və Ermənistan Metsamor AES-in fəaliyyətinin genişləndirilməsi barədə qərar qəbul edib. Xatırladım ki, bu obyektin ikinci mühafizə qabı yoxdur və Ermənistan, Gürcüstan, Türkiyə, İran və Azərbaycan xalqları üçün təhlükə yaradır", - B.Şaffer qeyd edib.
Siyasi şərhçi həmçinin Avropa İttifaqı Ermənistanla imzaladığı bütün əməkdaşlıq müqavilələrində Metsamor AES-in bağlanmasına təkid edib: "Hətta Ermənistana elektrik enerjisi istehsalını əvəzləməsi üçün vəsait belə verdi".
Russia and #Armenia decided to extend the operations of Armenia's #nuclear power plant at Metsamor. https://t.co/5wMlrwJmWw. Reminder that this nuclear power plant has no secondary containment vessel and poses a danger to the people of Armenia, Georgia, Türkiye, Iran and…
— Brenda Shaffer (@ProfBShaffer) December 21, 2023