Azərbaycanın Polşadakı səfirliyi bu ölkədə daimi yaşayan və (və ya) müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşını tamamlamış Azərbaycan vətəndaşlarına 2024-cü il fevralın 7-də baş tutacaq Prezident seçkiləri ilə əlaqədar müraciət ünvanlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, seçkilərdə iştirak etmək məqsədilə 18 yaşını tamamlamış aktiv seçici hüququna malik Azərbaycan vətəndaşlarının adı seçicilər siyahısına daxil edilməlidir.
Polșada yaşayan bütün Azərbaycan vətəndaşlarından seçicilər siyahısında qeydiyyata alınmaları üçün așağıda qeyd olunan məlumatları [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunub:
1. Soyadı, adı, atasının adı
2. Doğulduğu il, ay və gün.
3. Daimi və ya müvəqqəti yașadığı və ya olduğu yerin ünvanı.
Bu il dekabrın 26-dək məlumatları göndərməyən vətəndaşların adlarının seçicilər siyahısına daxil edilməsi mümkün olmayacaq.
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib