21 dekabr 2023 18:26
255

Türkiyə XİN başçısı: Azərbaycanla münasibətləri hər sahədə genişləndiririk

Türkiyə Azərbaycanla müttəfiqlik səviyyəsinə yüksəltdiyi münasibətlərini hər sahədə genişləndirir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib.

O qeyd edib ki, ölkəsi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına dəstək verir.