21 dekabr 2023 18:41
294

Türkiyə XİN başçısı: TDT-nin beynəlxalq təsiri artır

“Türk Dövlətləri Təşkilatının beynəlxalq təsiri artır”.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib.

O qeyd edib ki, hədəf hazırda TDT-nin təhlükəsizlikdən iqtisadiyyata qədər bütün sahələri əhatə edən hərtərəfli inteqrasiya modelinə çevrilməsidir:

“Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistanla hər sahədə ikitərəfli münasibətlərimizi daha da irəliyə götürür və institusionallaşdırırıq”.