22 dekabr 2023 16:58
382

Bakı qlobal miqyasda şəhərsalma siyasətlərinin mərkəzinə çevriləcək- Aİ rəsmisi

Bakı qlobal miqyasda şəhərsalma siyasətlərinin mərkəzinə çevriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “X”də yazıb.

O, Azərbaycanı 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasına ev sahibliyi etməsi münasibətilə təbrik edib: “Bu gözəl şəhər Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən irəli sürülən qlobal miqyasda şəhərsalma siyasətlərinin mərkəzinə çevriləcək. Uğurlar arzulayıram!”