22 dekabr 2023 17:42
241

COP29 Azərbaycanla iqlim dəyişikliyi məsələsində əməkdaşlığı daha da inkişaf etdirəcək- İCESCO

Biz ölkənizin rəhbərliyinin dünyada iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin formalaşdırılmasında çox mühüm rol oynayacağına inanırıq.

“İki sahil” xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib.

Bakıda keçiriləcək COP29-a toxunan İCESCO Baş direktoru deyib:

“ICESCO-nun iştirakı Azərbaycan ilə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcək”.