22 dekabr 2023 17:44
292

Türkiyə və Rusiya XİN başçıları Azərbaycan-Ermənistan sülh danışıqlarını müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

“İki sahil” “TRT Haber”ə istinadən xəbər verir ki, nazirlər Azərbaycan Ermənistan arasında sülh danışıqlarını müzakirə ediblər.

H.Fidan sülh sazişinin tezliklə imzalanmasının vacibliyini vurğulayıb.