23 dekabr 2023 14:46
436

Yunus Oğuz prezidentliyə namizədliyini irəli sürüb

Milli Vəhdət Partiyasının sabiq sədri, “Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuzun prezidentliyə namizədliyi irəli sürülüb.

Yunus Oğuz bildirib ki, öz təşəbbüsü ilə namizədliyini irəli sürüb, hazırda Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün müvafiq sənədlər hazırlanır.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.

APA