Dekabrın 23-də Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, Müşfiqabad qəsəbəsinin ərazisində keçirilən aksiyada YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, YAP Mərkəzi Aparatının əməkdaşları, Gənclər Birliyinin üzvləri, partiyanın Bakı, Sumqayıt və Abşeron təşkilatlarının, həmçinin ETSN-nin nümayəndələri və ekokönüllülər iştirak ediblər.
Aksiya çərçivəsində 700 ədəd eldar şamı və zeytun ağacı əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
Bu nəcib təşəbbüs ölkəmizdə həyata keçirilən yaşıllaşdırma siyasətinə daha bir töhfədir.
Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirib. Hazırda bu proses daha geniş vüsət alıb. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ətraf mühitin mühafizəsi və sağlam ekoloji mühitin yaradılmasını dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirib və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Yeni Azərbaycan Partiyasının nümayəndələri də bu prosesə layiqli töhfələr verirlər.
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib