23 dekabr 2023 16:17
334

Seçicilər səsvermənin yeri və vaxtı barədə məlumatlandırılacaq

Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqəli seçicilər səsvermənin yeri və vaxtı barədə məlumatlandırılacaq.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov komissiyanın bugünkü iclasında deyib.

O bildirib ki, bununla bağlı seçicilərə bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası barədə məlumat veriləcək: “6 milyon 524 min 203 ədəd bildiriş müəyyən edilmiş mətbəə üsulu ilə hazırlanacaq. Bildirişə təbriklə bağlı bənd də əlavə ediləcək”.