23 dekabr 2023 16:53
318

Rövzət Qasımov: Seçkilərlə bağlı 6 milyondan artıq bildiriş çap olunacaq

Seçkilərlə əlaqədar 6 milyon 524 min 203 bildiriş çap olunacaq. İşğaldan azad edilmiş ərazilərdə bildirişlərə təbrik hissə də əlavə olunacaq.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın dekabrın 23-də keçirilən iclasında deyib.

R.Qasımov bildirib ki, seçicilər səsvermənin yeri və vaxtı barədə məlumatlandırılacaq. Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, 2024-cü il prezident seçkilərinin yeri və vaxtı barədə bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası artıq təsdiq edilib.