23 dekabr 2023 17:03
591

Məzahir Pənahov: Vətəndaşların şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti lazımdır

Bizə vətəndaşların şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti lazımdır.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, şəxsiyyət vəsiqələrinin yeni forması təsdiq edilib və orada artıq sadəcə etibarlılıq müddəti göstərilir.

“Bizim formada isə köhnə nəsil şəxsiyyət vəsiqələrinə uyğun olaraq vəsiqənin verilmə tarixi də tələb edilir. Amma vətəndaş, bütün tərəflər bilməlidir ki, bizə əvvəl şəxsiyyət vəsiqəsinin verilmə tarixi bizə sənədin etibarlı olub-olmaması üçün lazım idi. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə artıq etibarlılıq müddəti göstərilir. Yəni bunu düzgün izah etmək lazımdır”, - deyə o, əlavə edib.