23 dekabr 2023 17:07
281

MSK sədri: Tələbələrin səsverməsi ilə bağlı fərqli addımlar atılmalıdır

Elm və Təhsil Nazirliyi ilə əlaqə qurmalı və tələbələrin səsverməsi ilə bağlı addım atmalıyıq.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, bu dəfə seçkilərdə tələbələrin səsverməsi ilə bağlı fərqli addım atmalıyıq.

“Fevralın 7-də tələbələr tətildə olacaq. Tələbələr müxtəlif yerlərə gedə bilərlər. Ona görə də tələbələrin seçkilərdə iştirakını təşkil etməliyik. Tələbələr ya valideynlərinin yanına gedib səs verməli, ya da oxuduğu universitetlərdə səs verməlidirlər.

Bakıda yaşayan tələbələrin vəziyyəti məlumdur, ancaq regionlarda yaşayan tələbələr yəqin ki, valideynlərinin yanına gedəcək. Ona görə də onların hamısını qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin etməliyik ki, onlar harada olurlarsa olsunlar səs verə bilsinlər”, - deyə o, əlavə edib.