Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanda fəaliyyət göstərən iş adamları ilə görüş keçirib.
“İki sahil” "Report"a istinadən xəbər verir ki, görüşdə “Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi”nə (AZEBİ) üzv olan şirkətlərin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Görüşdə çıxış edən səfir bildirib ki, iki ölkə arasında hər zaman dostluq və qardaşlıq münasibətləri mövcud olub, bu isti münasibətlər biznes mühitində də əks olunmaqdadır: "Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Gürcüstan mehriban qonşu, dost və strateji tərəfdaş ölkələrdir. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır".
F.Quliyev vurğulayıb ki, Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regiondan keçən yük axınının həcmini dəfələrlə artıb:
"Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm qlobal layihələrin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir".
Səfir qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk tarixi seçkilər keçiriləcək. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərində işləyən vətəndaşların seçici hüquqlarının təmin olunması və seçkilərdə iştirak edə bilmələri üçün səfirlikdə qeydiyyatdan keçmələri zəruridir.
F.Quliyev AZEBİ-yə üzv şirkətlərin Gürcüstandakı soydaşlarımıza, o cümlədən aztəminatlı ailələrə göstərdikləri dəstəyə görə təşəkkür edilib.
O əlavə edib ki, Azərbaycan höküməti Gürcüstanda fəaliyyət göstərən iş adamlarına hər zaman öz dəstəyini verməyə hazırdır.
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib