24 dekabr 2023 00:04
525

Mehriban Əliyeva Azərbaycan Prezidentini doğum günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə sosial şəbəkə səhifələrində paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir: 

24.12.2023. Doğum gününüz mübarək, cənab Prezident! Sizə möhkəm cansağlığı, sevinc və nur, uğur və qələbələrlə dolu uzun ömür arzulayıram! Tanrı Sizə güc və səbir versin! Biz Sizinlə fəxr edir və Sizi çox sevirik! Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!