24 dekabr 2023 15:10
374

Fuad Nəcəfli Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

“İki sahil” xəbər verir ki, Fuad Nəcəfli bu barədə özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və uzun ömür, Azərbaycanımızın inkişafı və xalqımızın firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq”, - deyə paylaşımda qeyd edilib.