Ağdam Konfrans Mərkəzində Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir.
“İki sahil” xəbər verir ki, tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin tullantılarn idarə olunması sektorunun müdiri Mehman Nəbiyev, AMEA-nın vitse-prezidenti İradə Hüseynova, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva və digər rəsmilər iştirak edirlər.
İclasda 9 məsələ - Qarabağ iqtisadi rayonunun sosial-iqtisadi inkişafında ekoloji amillərin qiymətləndirilməsi, Qarabağ iqtisadi rayonunun biomüxtəlifliyi, mineral xammal ehtiyatları ve yeraltı suların monitorinqi və təftişi işləri, Ağdam rayonunda su təchizatı sistemləri, Qarabağ iqtisadi rayonunda meliorasiya və su təsərrüfatı obyektlərinin bərpası və inkişafı, mövcud mineral xammal yataqlarının vəziyyəti və istifadə perspektivləri müzakirə olunur.
Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "yaşıl enerji'nin inkişafı və ekoloji mühitin keyfiyyətinin artırılması, işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması, Qarabağ iqtisadi rayonunda yaranan tikinti-söküntü tullantılarının səmərəli idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi barədə də müzakirələr aparılır.
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib