Azərbaycanın Türkmənistandakı səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.
“İki sahil” xəbər verir ki, müraciətdə 7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak edəcək Türkmənistanda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinə müraciət etmələri xahiş olunub.