25 dekabr 2023 12:58
275

Ən qısa zamanda Azərbaycan səfirliyinin fəaliyyətinin bərpasına şahid olacağıq- İran XİN rəsmisi

Ən qısa zamanda Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına şahid olacağıq.

“İki sahil” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Naser Kənani dekabrın 25-də keçirdiyi brifinqdə bildirib.

Azərbaycanın Tehranbdakı səfirliyinə terror hücumu edən şəxsin məhkəməsinin nəticəsi barəsində danışan Kənani iki ölkə arasındakı müəyyən problemlərlə bağlı danışıqlar prosesini müsbət qiymətləndirib.

Onun sözlərinə görə, Azərbaycan səfirliyinin fəaliyyətinin bərpası üçün tərəflər yol xəritəsi müəyyən edib.