25 dekabr 2023 15:25
283

Elbay Qasımzadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

Elbay Qasımzadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Azərbaycan memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elbay Ənvər oğlu Qasımzadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, E.Qasımzadə 1948-ci il dekabrın 26-da Bakıda anadan olub. Sabah onun 75 yaşı tamam olur.