Əslən Qars şəhərindən olan köklü ailənin (aşiret) oğulları üçün təşkil etdiyi sünnət toyu Türkiyədə gündəm olub. Belə ki, mərasim üçün verilən hədiyyələr və yığılan vəsait rekord həddə çatıb.
Mərasim İstanbulda keçirilib.
Bildirilir ki, yeddi yaşlı uşağın mərasimində 12,5 milyon lirədən çox (722,2 min manat) pul yazılıb. Bundan başqa, ona dörddəbirlik və yarımlıq qızıl sikkələr, hətta maşın hədiyyə edilib.
Mərasimə ümumilikdə altı min qonaq qatılıb.
Məlumata görə, dəstə-dəstə pulların çamadanlara sığmadığı sünnət toyunda vəsaiti hesablamaq üçün altı masada altı fərqli komanda yaradılıb.
Oxu.Az
London və Berlin mobil artilleriya sistemlərinin birgə alınması üçün müqavilə imzalayıb
KİV: Pekin nüvə başlıqları istehsalı üzrə əsas obyektlərdə fəaliyyətini kəskin şəkildə artırıb