27 dekabr 2023 10:31
259

Azərbaycan Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək

Azərbaycan "Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”u təsdiqləyəcək.

“İki sahil”in xəbərinə görə, Milli Məclisə bu barədə qanun layihəsi daxil olub.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.