27 dekabr 2023 12:12
260

Şəkidə Milli QHT Forumunun regional forumu keçirilir

Bu gün Azərbaycan Milli QHT Forumunun (AMQF) Şəki şəhərində regional forumu keçirilir.

“İki sahil” xəbər verir ki, forumda Milli QHT Forumunun prezidenti Rauf Zeyni, "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova, "Balans" İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Mürsəl Möhübbəli, “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri Elmira Mehdiyeva iştirak edirlər.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni QHT təmsilçilərinin fəaliyyətindən bəhs edərək vurğulayıb ki, cəmiyyətin inkişafı üçün aktiv ictimai iştirakçılıq vacibdir.

“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova qeyd edib ki, son 20 ildə QHT-lərin beynəlxalq əməkdaşlıq sferasında da aktivliyi müşahidə olunur.

"Balans" İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Mürsəl Möhübbəli, “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri Elmira Mehdiyeva da çıxış edərək QHT-lərin fəaliyyətlərindən bəhs ediblər.

Qeyd edək ki, AMQF-nin regional forumları yanvarın 8-dək davam edəcək. Forumların dekabrın 29-da Gəncədə, 2024-cü il yanvar ayının 8-də Naxçıvanda davam etdirilməsi nəzərdə tutulur. Yanvarın 10-da isə Azərbaycan Milli QHT Forumu Bakıda Ümumrespublika Forumu keçirəcək.