Əli Kərimli kimilərin şərhləri artıq mənasız və yersizdir
Bu cür absurd yanaşmalar bu cinahda olan müxtəlif insanların hamısı üçün təkrarlanan mövzudur. Əslində seçkilər onu göstərdi ki, Azərbaycan həqiqətən də müstəqil xarici siyasət izləyir və dünya dövlətləri içində öz şəxsiyyətli mövqeyi ilə seçilir.
Bu sözləri “İki sahil”ə Ermənistanın işğalçı siyasətilə Azərbaycanın Zəfər savaşını eyniləşdirən AXCP sədri Əli Kərimovun fikirlərinə münasibət bildirərkən Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Mustafa qeyd edib ki, bu gün bizim Fransanın qarşısında öz mövqeyimizi müdafiə edə bilməyimiz, həm də öz gücümüzə inandığımızı göstərir:
“Bu baxımdan belə yanaşmalar qəzəbdən, məğlubiyyətdən, hansısa proqnozun doğrulmamasından irəli gəlir. Biz bu məsələdə hər halda daha aydın mövqe sərgiləyən bir dövlət olduğumuzu göstəririk. Hər hansı bir şəkildə Ermənistanın işğalçılığına son qoymuş Azərbaycanın Qələbəsini həzm edən xalq və etməyən kiçik bir qrup var. Bu qələbəni həm ermənilərin və həm də həmin kiçik qrupun həzm edə bilmədiyini görürük. Mahiyyətcə bu qruplar bir-birinə daha yaxın bir statusdadırlar. Biz özümüzə aid olan məsələlər üzərində düşünməliyik. Artıq bu insanların şərhləri o qədər mənasız və yersizdir ki, bunun üzərində belə dayanmağa da dəymir”.
Sayalı Abasova