Mayın 26-da “Four Seasons Baku” otelində “Dəyişikliklərin idarə olunması” mövzusunda seminar keçirilmişdir.
Seminarın işində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov, müəssisə və təşkilat rəhbərləri, eləcə də İnsan Resursları Departamentinin rəhbərliyi və kadrlar şöbələrinin rəisləri iştirak etmişlər. Seminarda strateji və təşkilati dəyişiklik, qlobal enerji şirkətlərinin üzləşdiyi çətinliklər, beynəlxalq enerji bazarı və enerji məkanının dəyişməsi, xarici ölkələrdə filialların yenidən qurulması (E.ON Rumıniya timsalında), insan resursları prosesləri və sərbəstləşmənin idarə olunması, yeni struktur və biznes xidmətlərinin əsasının qoyulması, Uniper şirkətinin bu istiqamətdə təcrübəsi, struktur dəyişiklikləri zamanı kadrlarn idarə edilməsi və s. kimi mövzular ətrafında müzakirələr aparılmışdır. Seminar Uniper SE-nin rəhbəri Keith Martin, Xəzər/Cənub regionu üzrə böyük vitse-prezident Michael Hilmer, aparıcı Baş mühasib cənab Philipp Palada və Roman Bobrichtchev tərəfindən aparılmışdır.
Gələcəkdə də SOCAR-ın rəhbər işçiləri üçün bu tipli seminarların təşkil olunması planlaşdıırlır.