27 dekabr 2023 17:14
764

"Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik" adlı kitab nəşr olunub

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının təşəbbüsü ilə "Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik" adlı kitab nəşr olunub. 

“İki sahil” xəbər verir ki,  kitabda müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın müxtəlif toplantılarında nitqləri yer alıb.

Nəşr Heydər Əliyev şəxsiyyətinin dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun tədqiq olunması, onun ideya-siyasi xəttinin, zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının yeni nəslə aşılanması, Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan siyasi kursunun əsaslarının öyrənilməsi və təbliğ edilməsi, bütövlükdə müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yolunun hərtərəfli araşdırılması baxımından faydalı vəsaitdir.