28 dekabr 2023 10:28
278

STM rəhbəri: Qərbi Azərbaycan mövzusu Qarabağ zəfərinin nəticəsidir

Qərbi Azərbaycan mövzusu Qarabağ zəfərinin nəticəsidir.

“İki sahil” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin rəhbəri, deputat Zahid Oruc "Qərbi Azərbaycan yolunda" konfransında çıxışı zamanı deyib.

O bildirib ki, əgər Qarabağ zəfəri olmasaydı, Qərbi Azərbaycan mövzusu gündəliyə bu qədər sistemli şəkildə gəlməzdi: "Qarabağ məsələsinin həlli bütün tarixi torpaqlara qayıdış ruhunu dirçəldib. Bu mənada, Qarabağ zəfəri müstəsna əhəmiyyətə malikdir".

Z.Oruc, həmçinin deyib ki, Qərbi Azərbaycan məsələsi Ermənistanda şok effekti yaradıb: "Bu məsələnin Azərbaycan parlamentində müzakirə olunması Ermənistanı ciddi narahat edir".