Sosial Tədqiqatlar Mərkəzində (STM) "Qərbi Azərbaycan yolunda" mövzusunda ictimai dinləmə keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə STM-in darə Heyətinin sədri Zahid Oruc, politoloqlar, siyasi şərhçilər və media nümayəndələri iştirak ediblər.
STM-in Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əhəmiyyətindən danışıb. O, bunun tarixi proses olduğunu qeyd edib.
STM sədri Z.Oruc isə bildirib ki, əgər Qarabağ zəfəri olmasaydı, Qərbi Azərbaycan mövzusu gündəliyə bu qədər sistemli şəkildə gəlməzdi: "Qarabağ məsələsinin həlli bütün tarixi torpaqlarlara qayıdış ruhunu dirçəldib. Bu mənada Qarabağ zəfəri müstəsna əhəmiyyətə malikdir".
Sektor müdiri İlyas Hüseynov isə Qərbi Azərbaycana qayıdışın hüquqi aspektlərinə toxunub.
Ardınca jurnalistlərin sualları cavablandırılıb.