28 dekabr 2023 12:13
293

Fərid Şəfiyev: Anklav məsələləri ola bilsin ki, delimitasiya çərçivəsində həll olunacaq

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanla anklav məsələlərinin delimitasiya çərçivəsində həll oluna biləcəyini deyib.

“İki sahil” xəbər verir ki, qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında F.Şəfiyev qeyd edib ki, sülhə mane olan məsələlər həll olunub.

“Sadəcə ortada anklav məsələləri var, ola bilsin ki, onlar delimitasiya çərçivəsində həll olunacaq”, - əlavə edib.