Çində yanlış yerdə avtomobilini saxlayan şəxs yəqin buna görə hələ uzun zaman peşmanlıq hissi keçirəcək.
Dayanacaqdakı avtomobillərdən birinin qarşısında bahalı maşın saxlayıb aralanan naməlum çinli geri qayıdanda minik vasitəsini tanımayıb. Səbəb isə sadədir. Dasyanacaqdan çıxmaq istəyən digər sürücü bu avtomobili metal yığınına çevirib.
Qarşısındakı maşını vurmaqla itələməyə çalışan əsəbi sürücü sonda istəyinə nail olub. Onun hərəkətlərini isə səs-küyə toplaşanlar mobil telefonla qeydə alıb.