28 dekabr 2023 15:48
233

Nazir: Bu il Türkiyə, Gürcüstan və Rusiya ilə görüşlərdə mühüm nəticələr əldə olunub

İl ərzində Türkiyə, Gürcüstan və Rusiya ilə ali səviyyədə baş tutmuş görüşlərdə mühüm nəticələr əldə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzi dairələrin qərəzli siyasəti Azərbaycanın xarici siyasəti üçün müəyyən çağırışlar yaratsa da, onların öhdəsindən gəlməyə nail olunub: "Xarici siyasətimiz məzmun baxımından zəngin olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət dövlətimizin milli maraqlarının təmin olunmasına yönəlib. 2023-cü ildə Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib. İl ərzində Türkiyə, Gürcüstan və Rusiya ilə ali səviyyədə baş tutmuş görüşlərdə mühüm nəticələr əldə olunub".