28 dekabr 2023 16:00
236

Nazir: Azərbaycan TDT çərçivəsində strateji əməkdaşlığa xüsusi önəm verir

Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əməkdaşlığa xüsusi önəm verir.

“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, 2023-cü ildə Azərbaycan təşkilatın sıra tədbirlərinə ev sahibliyi edib.

C.Bayramov söyləyib ki, bu il Azərbaycan İslam Əəməkdaşlıq Təşkilatı çərçivəsində sahəvi əməkdaşlığın genişləndirilməsinə də töhfə verib: "İƏT-in Movritaniyada keçirilən konfransında Tehrandakı səfirliyimizə terror hücumu və digər məsələlərlə bağlı sənəd qəbul edilib".

Onun sözlərinə görə, rəsmi Bakı Qoşulmama Hərəkatı çərçivəsində digər üzv dövlətlərlə məqsədyönlü işlər aparır.

Nazir bildirib ki, bir sıra tədbirlər, həyata keçirilmiş işlər buna nümunədir: "Azərbaycanda keçirilən zirvə görüşündə Bakı Bəyannaməsi qəbul olunub. Azərbaycanın sədrliyi dövründə bir sıra mühüm addımlar atılıb, işlər görülüb".