Azərbaycan və Ermənistan arasında sülh üçün mühit önəmlidir. 2023-cü ilin sonnunda müəyyən müsbət nəticələrin birbaşa təmaslar nəticəsində əldə olunmasına diqqət çəkmək istəyirəm. 2024-cü ildə sülh istiqamətində inkişafa nikbin baxırıq. Eyni zamanda, öz tərəfimizdən legitim maraqlarımızı nəzərə alaraq, beynəlxalq hüququ əsas götürərək üzərimizə düşən müsbət qarşılıqlı addımları atmağa hazırıq.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.
“Sülh istiqamətində hər hansısa müsbət irəliləyiş olarsa, bu ümumi prosesə yaxşı mənada təsir edə bilər. Bu mənada, dekabrdakı inkişaf ciddi etimad quruculuğu tədbiri kimi qiymətləndirilə bilər. Razılıq iki ölkə arasında birbaşa əldə edilib, üçüncü ölkənin iştirakı baş verməyib”, - nazir deyib.
Ceyhun Bayramov sülh gündəliyi üçün müxətlif istiqamətlərin olduğunu bildirib:
“Noyabrın 30-da delimitasia üzrə komissiyanın görüşünün birbaşa iki ölkə arasında keçirilməsi, konkret nəticənin əldə edilməsi müsbət inkişafa yönəlik addımdır”.
Sahibə Qafarova və Toni MakKormak Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər
Elçin Əmirbəyov: Azərbaycan 2006-cı ildən etibarən Avropanın enerji təchizatında mühüm rol oynayır