28 dekabr 2023 15:51
177

2024-cü ildə Ermənistanla görüşlərin bərpasının şahidi olacağımıza inanırıq- Nazir

Noyabr ayına qədər uzun müddət Ermənistandan sülh təklifləri ilə bağlı heç bir reaksiya ala bilməmişdik.

“İki sahil”in xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan da bunu təsdiqləyib: “Bu il fiziki görüşlər də həyata keçirildi. Amma son aylar durğunluq yaşanıb. 2024- cü ildə görüşlərin bərpasının şahidi olacağımıza inanırıq”.